• EUR  
  • USD  
  • RUB

DÜNYA

Əbdül Fəttah əs-Sisi yenidən prezident olmaq istəyir

  • 1283 dəfə
  • Tarix 20 Yanvar 2018 / 02:05
  • Lent.az

Misir prezidenti Əbdül Fəttah əs-Sisi rəsmən ikinci müddətə namizədliyini irəli sürdüyünü bildirib.

 

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı özünün “Twitter” səhifəsində yazıb.

 

Misirdə növbəti prezident seçkiləri martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.  Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 26-28 apreldə baş tutacaq.

 

Qeyd edək ki,  Əbdül Fəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib.