• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Gəncədə faciə: körpə övladının ölümünə səbəb oldu

  • 5829 dəfə
  • Tarix 21 Yanvar 2018 / 17:36
  • APA

Bu gün Gəncədə Şahsevənlər küçəsində bədbəxt hadisə baş verib.

 

APA-nın Qərb bürosunun məlumatına görə, şəhər sakini "Mercedes ML" markalı avtomobilini arxaya verərkən ehtiyatsızlıq edib və görmədiyi azyaşlı övladını vurub.

 

Uşaq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.