• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

“VAZ”la “BMW” toqquşdu - 1 ölü, 4 yaralı

  • 2436 dəfə
  • Tarix 21 Yanvar 2018 / 20:02
  • Lent.az

Bu gün Saatlı rayon mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMW markalı avtomobillə toqquşub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov  Əziz Sarxan oğlu ölüb.

 

Avtomobildə olan sərnişinlər - 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adgözəlova Rəbiyyə Məmmədalı qızı xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F. Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N. Əsədov əməliyyat olunub.

 

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər.