• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

DÜNYA

İsveçdə bir həftədə ikinci partlayış

  • 1036 dəfə
  • Tarix 22 Yanvar 2018 / 02:32
  • Lent.az

İsveçin Malmö şəhərində inzibati binanın qarşısında partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Şəhərin Rozenqord adlı mikrorayonunda qeydə alınan partlayış inzibatı binanın fasadını zədələyib. Hadisənin səbəbləri barədə məlumat verilmir.

 

Yanvarın 18-də  Rozenqord mikrorayonunda polis idarəsinin binası yaxınlığında partlayış baş verib. İnsident nəticəsində bir neçə avtomobilə ziyan dəyib.