• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

DÜNYA

Nyu-Yorkda atışma: 3 yaralı

  • 873 dəfə
  • Tarix 22 Yanvar 2018 / 05:02
  • Lent.az

Nyu-Yorkda silahlı insident qeydə alınıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Manhettendə baş verən atışma nəticəsində 3 nəfər güllə yarası alıb.

 

Hadisə yerli vaxtla saat 16:40-da qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir.

 

İnsidentlə əlaqədar polis tərəfindən iki nəfər axtarılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.