• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

SOSİAL

Kəmaləddin Heydərov Tərtərdə qəbul keçirəcək

  • 1198 dəfə
  • Tarix 22 Yanvar 2018 / 10:45
  • Lent.az

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 24-də saat 11.0-0-da Tərtər şəhərində Gənclər Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək. 
 
 
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda yalnız Tərtər, Ağdam, Bərdə rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 23 yanvar 2018-ci il tarixində saat 09.00-da başlayacaq.
 
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.