• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Keçmiş məhkumdan 16 kq narkotik götürüldü

  • 1096 dəfə
  • Tarix 22 Yanvar 2018 / 10:53
  • Lent.az

 

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb.

 

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.