• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Bakıda dəhşətli cinayət: arvadını yastıqla boğub öldürdü

  • 9095 dəfə
  • Tarix 22 Yanvar 2018 / 11:36
  • Lent.az

Bakıda qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.