• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Azərbaycanlı iştirakçılar "O səs Türkiyə"də növbəti mərhələdə - VİDEO

  • 2965 dəfə
  • Tarix 22 Yanvar 2018 / 12:36
  • Yalçın UĞUR

 

Dünən “O səs Türkiyə” yarışmasının “Duellər” mərhələsi keçirilib. Lent.az-ın məlumatına görə, bu müsabiqənin bu mərhələsində azərbaycanlı iştirakçılara Pərvin Səfərovla Ayla Ray səhnəyə çıxıb. Murad Bozun komandasında yarışan Enis Uymaz, Ahmet Tuncer İsgəndər və Pərvin çıxış ediblər. P.Səfərov “Yorğun illərim” mahnısını səsləndirib və növbəti mərhələyə keçib. Lakin daha sonra Pərvin səhhətində yaranan problemlə əlaqədar yarışmanı yarımçıq tərk edib. O, aznews.az-a açıqlamasında bunları deyib: 

“İkinci turdan keçdim. Düzü, həmin vaxtlar bir az soyuqlamışdım. Düşündüm ki, 3-cü tura kimi səhhətim qaydasına düşər. Elə bu vaxt xəbər gəldi ki, “3-cü turdur, təcili gəlməlisiniz”. Bu vəziyyətdə də getdim. 3-cü turda məndən 3 mahnı istədilər. Bu mahnıların arasında Azərbaycan mahnısı olsa da, münsiflər nədənsə “Değme benim gamlı yaslı gönlüme” türk mahnısını oxumağımı istədilər. Mahnı uğurlu alınmadı. Beləcə, bu ifa mənim işığa doğru gedən yolumu bağladı”.