• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

SOSİAL

14 dərəcə isti olacaq - HAVA PROQNOZU

  • 1907 dəfə
  • Tarix 22 Yanvar 2018 / 12:51
  • Lent.az

 

 
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 8-11, Bakıda  gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq. 
 
 
Azərbaycanın rayonlarında yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.