• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

HADİSƏ

Bakıda silahlı şəxs tutulub - FOTO

  • 1593 dəfə
  • Tarix 22 Yanvar 2018 / 15:04
  • Lent.az

Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əməliyyat tədbiri həyata keçirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

 

Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.