• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda marşrut avtobusu qəzaya düşüb

  • 1777 dəfə
  • Tarix 22 Yanvar 2018 / 16:12
  • Lent.az

Bu gün Binəqədi rayonu ərazisində 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu VAZ 2107 markalı minik avtomobili ilə toqquşub. Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. O bildirib ki, ilkin məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

 

Qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir.