• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Azərbaycanı məşhur yarışda bu iştirakçılar təmsil edəcək

  • 1671 dəfə
  • Tarix 22 Yanvar 2018 / 16:53
  • Yalçın UĞUR

Türkiyənin məşhur  “Sinemanın kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin  Azərbaycan seçimi baş tutub. Bu tədbirlə bağlı, Lent.az təşkilatçılarla əlaqə yaratdı. Yarışmanın Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızı saytımıza açıqlamasında bunları deyir:

 

“Adı çəkilən yarışma Türkiyənin məşhur kral və kraliça layihəsidir. Bu müsabiqə ilk dəfədir ki, Azərbaycanda keçirilir. Layihənin Azərbaycan üzrə rəhbəri olduğuma görə, Türkiyədə olan bu yarışın komandasına təşəkkürümü bildirirəm. Bu müsabiqəni Azərbaycana gətirmək çox çətin oldu. Burada çox məqamlar oldu. Əksəriyyətini açıqlamaq istəmirəm. Sadəcə demək istəyirəm ki, hər bir sahədə ilk iş çətin olur. Bu fikri əsas götürüb özümü sakitləşdirirəm. Qaliblərimiz haqlı olaraq seçildilər. Seçimlərdən keçən bilməyən iştirakçılar etirazlarını müxtəlif cür bildirirdilər. Axırda telefon zənglərindən bezdim. Yarışın artıq Azərbaycan üzrə olan hissəsi yekunlaşdı. Bundan sonra, martın 10-dan aprelin 4-nə qədər dərs keçiləcək. Seçilən 14 qız və 14 oğlan həmin qalada öz bacarıqlarını  böyük jürilərin qarşısında nümayiş etdirəcəklər. Layihədə iştirak etmək istəyən iştirakçılar sayt vasitəsi ilə qeydiyyatdan keçib, jurilərin qarşısına çıxıblar. 1000 nəfər oğlan, 500 nəfər qız sadəcə mənə zəng ediblər. Müsabiqədə iştirak etmək üçün ödəniş etmək istəməyənlər də oldu. Ödəniş “Əngəlsiz yaşam vaxtı” layihəsi əsasında olub. Buradan yığılan məbləğ qüsurlu insanların hesabına yatırılıb. Bu da xeyriyyə məqsədi daşıyır. 3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəhayət, sonda 1 qız və 1 oğlan finala vəsiqə qazandılar. Müsabiqədə qalib olan qız  - 24 yaşlı Səhər Əkbər Lider Televiziyasına 5 ildir aparıcılıq edir, modeldir. Digər qalib 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir. Digər ikinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əhməd və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə onların yerinə göndəriləcək".

 

Vüsalə xanım onu da əlavə edib ki, iştirakçı Pərvin Həsənzadə Kiprdə keçiriləcək  "Miss Fashion" gözəllik yarışmasında iştirak etmək üçün seçilib.  “Sinemanın kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” finala vəsiqə qazanan  Səhər Əkbər və Pərviz Musayev birbaşa İstanbulda keçiriləcək  son final yarışmasına qatılacaqlar. 

 

V.Səid onu da əlavə edib ki, yarışmanın münsiflər heyətində çox təcrübəli insanlar yer almışdılar: “Jürilər sırasında məndən savayı Atila Kaplakarslan, Hakan Solaker, Arif İşık, Ceren Kaplakarslan, Tamer Karadağlı, Osman Avnı Kütükoğlu, Vilma Elles, Arif Kerem Göğüş, Michael Salih Güney, Caner Budak, Məlahət Abbasova, Gülnarə Xəlilova yer almışdılar. Hər biri çox təcrübəli insanlardır. Onların qeyri-peşəkar seçim etmələri mümkün deyil”.

 

Daha sonra digər jüri Osman Avni Kütükoğlu müsabiqə ilə bağlı fikirlərini bölüşüb: “Bu il seçimlərə Azərbaycandan başladıq. Azərbaycandan seçilən iştirakçılar aprel ayına qədər təcrübə keçəcəklər, mənim dərslərimdə iştirak edəcəklər. Apreldən sonra da dərslərinə davam edəcəklər. 45 nəfərə yaxın iştirakçılar təcrübə keçmələri üçün yarışdılar. Onlar tanınmış olmaq üçün yarışmayıblar. Tanınmış olmaq elə də asan başa gəlmir. Çox zəhmət xərcləmələri lazımdır. Əsas məsələ də bundan sonra başlayacaq”.

 

Sonda digər jüri Gülnarə Xəlilova da təəssüratlarını dilə gətirdi: “Çox çətin bir proses idi. Çox istədilər ki, bu layihədə bizim milli geyimlərimiz də nümayiş olunsun. Bir az çətinlik oldu. Çünki fərqli ölçülərdə qızlar var idi. Birtəhər çalışdıq ki, yaxşı formada jürilərin qarşısına çıxardaq. Mənim orada iştirakçılar üçün dediyimi 4 nəfər dinlədi və əməl elədi. Bu sadəcə dəhşət bir şey idi. Çətin məqam idi. İnşallah növbəti ildə daha da yaxşı olacaq”. 

 

Qeyd edək ki, Lent.az tədbirə informasiya dəstəyi verir.