• EUR  
  • USD  
  • RUB

DÜNYA

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

  • 2250 dəfə
  • Tarix 22 Yanvar 2018 / 20:05
  • Lent.az

Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

 

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.