• EUR  
  • USD  
  • RUB

DÜNYA

Trampın Davosa səfəri sual altındadır

  • 975 dəfə
  • Tarix 22 Yanvar 2018 / 21:31
  • Lent.az

ABŞ prezidenti Donald Trampın Davosda keçirilən beynəlxalq iqtisadi foruma səfəri hökumətin işinin dayandırılması səbəbindən sual altındadır.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

 

«Düşünmürəm ki, bu mümkündür. Hazırda prioritetimiz hökumətin işini bərpa etməkdir”, deyə S.Sanders vurğulayıb.

 

Yanvarın 20-ə keçən gecə ABŞ-da maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.