• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Sumqayıt sakini özünü 16-cı mərtəbədən atmaq istədi - YENİLƏNİB

  • 1741 dəfə
  • Tarix 22 Yanvar 2018 / 23:35
  • Lent.az

Sumqayıtda intihara cəhd edən şəxsin kimliyi məlum olub.

 

APA-nın xəbərinə görə, yaşayış binasının 16-cı mərtəbəsindən özünü atmaq istəyən 33 yaşlı Vəliyev Natiq Nadir oğludur.

 

İnsidentin iş yerində baş verən hadisə ilə əlaqədar olduğu bildirilir. 

 

 

***

 

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində eyvana çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.