• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

“Azərnəşr”in əməkdaşları təltif olundu - SƏRƏNCAM - SİYAHI

  • 1693 dəfə
  • Tarix 02 Fevral 2018 / 18:16
  • Lent.az

Prezident İlham Əliyev Əlövsət Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilib.

 

Dövlət başçısının digər bir sərəncamına görə, nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

 

Qarayeva Rəsmiyə Məmməd qızı

Rəhimov Elxan Rəhim oğlu.