• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd olunacaq

  • 1791 dəfə
  • Tarix 02 Fevral 2018 / 18:33
  • Lent.az

Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.