• EUR 1.9978  
  • USD 1.7  
  • RUB 0.0273

İQTİSADİYYAT

(R) “AGBank” ASC-i nizamnamə kapitalını artırır

  • 1140 dəfə
  • Tarix 08 Fevral 2018 / 18:48
  • Lent.az

“AGBank” ASC-i nizamnamə  kapitalını artırır.

 

Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə  “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2,00 (iki) manat olan 3.500.000 (üç milyon beş yüz min) ədəd adı, sənədsiz, adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmişdir.

Məlumat üçün bildirək ki, bankın Səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın Nizamnamə kapitalı 77,2  mln. manat artırılaraq 102,2 mln. manata çatdırılmışdır.

Yeni səhm emissiyasında sonra bankın nizamnamə kapitalı 109,2 mln. manat qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir.