• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

İQTİSADİYYAT

Qəbələyə dəmir yolu çəkiləcək

  • 1854 dəfə
  • Tarix 09 Fevral 2018 / 12:54
  • APA

Bu il Bakıdan Gəncəyə sürət qatarı açılacaq.

 

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

C. Qurbanovun sözlərinə görə, həmçinin Qəbələyə dəmir yolu çəkiləcək.

 

"Qəbələyə yolu Ləkidən dönməklə çıxacağıq. İlk öncə Bakıdan Ləki stansiyasına qədər gediləcək, ondan sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər çıxacağıq. Ləki stansiyasından Qəbələyə qədər 57 km yoldur. Bir az da dağlıq relyefi var və yüksəkliklə hərəkət olacaq. Bu il artıq tikinti işlərinə başlanılacaq. Gələn ilin sonuna kimi Qəbələyə kimi olan yolu bitirməyi düşünürük", - deyə C. Qurbanov vurğulayıb.