• EUR  
  • USD  
  • RUB

İDMAN

"Mançester Siti" "Şaxtyor"un oyunçusunu 45 milyona aldı

  • 1980 dəfə
  • Tarix 10 Fevral 2018 / 17:13
  • Lent.az
 
“Mançester Siti” 44,5 milyon funt qarşılığında “Şaxtyor”un yarımmüdafiəçisi Fredin bu yay transferi barədə prinsipial razılaşmaya nail olub.
 
AZƏRTAC xəbər verir ki, “Mançester Siti” 24 yaşlı xavbekin transferi məsələsi ilə hələ yanvarda maraqlanıb. Daha əvvəl onlar Fredin transferini yayda, sonra isə fikirlərini dəyişərək qışda həyata keçirmək istəyiblər.
 
“Şaxtyor” isə öz liderini Çempionlar Liqasının pley-off mərhələsinin səkkizdəbir matçında - “Roma” ilə qarşılaşmanın astanasında komandadan buraxmaq istəməyib. İngilislər yay transferini artıq indi həyata keçirmək barədə danışıqlara davam ediblər. Ehtimal var ki, heç bir sənəd imzalanmasa da, tərəflər öz aralarında razılığa gəliblər. “Arsenal”ın sabiq oyunçusu Jilberto Silva hazırda Fredin maraqlarını təmsil edir, daha dəqiq desək, keçidin razılaşdırılmasına məhz o, kömək olub. Fred özünə olan maraq barədə öyrənəndə dərhal “Mançester Siti”yə keçmək istəyib. “Siti”nin transfer siyasətinə uyğun olaraq, klub danışıqları son dəqiqəyə saxlamamağa, keçidin vaxtından əvvəl icrasına cəhd edir.