• EUR 1.9978  
  • USD 1.7  
  • RUB 0.0273

İDMAN

Araz qayıtdı - FOTO

  • 2449 dəfə
  • Tarix 11 Fevral 2018 / 18:16
  • ApaSport

Bir müddətdi zədəli olan milli komandamızın üzvü Araz Abdullayev artıq sıraya dönüb. Apasport.az saytının məlumatına görə, Kiprin “Anortosis” klubunda çıxış edən yarımmüdafiəçi zədə səbəbindən klubunun son iki çempionat matçında meydana çıxa bilməmişdi.

 

Artıq sağlamlığını bərpa edən milli üzvü komanda ilə birlikdə məşqlərə qoşulub. Onun “Anortosis”in növbəti oyununda baş məşqçi şans verəcəyi halda start heyətində meydana çıxması mümkündür.

 

Qeyd edək ki, Famaqusta təmsilçisi Kipr çempionatının 24-cü turu çərçivəsində bu gün səfərdə “Olimpiakos Nikosiya” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.