• EUR 1.9978  
  • USD 1.7  
  • RUB 0.0273

SİYASƏT

İlham Əliyevdən Putinə BAŞSAĞLIĞI

  • 924 dəfə
  • Tarix 12 Fevral 2018 / 09:54
  • Lent.az
 
 
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Moskva ətrafında aviasiya qəzası ilə əlaqədar başsağlığı verib.
 
 
 
Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, məktubda deyilir:
 
 
"Hörmətli Vladimir Vladimiroviç,
 
 
Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.
 
 
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".