• EUR 1.9978  
  • USD 1.7  
  • RUB 0.0273

SİYASƏT

Əli Əhmədov məzuniyyətə çıxdı - Seçkilərə görə

  • 1484 dəfə
  • Tarix 12 Fevral 2018 / 10:22
  • Lent.az

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi təyin edilib.

 

 

Lent.az-ın YAP-ın saytına istinadən xəbərinə görə, Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər etibarən baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.