• EUR 2.0016  
  • USD 1.7  
  • RUB 0.0276

SOSİAL

Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SƏRƏNCAM

  • 3062 dəfə
  • Tarix 12 Fevral 2018 / 18:27
  • Lent.az

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilib:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

 

Əliyev Azad Hüseyn oğlu – polkovnik

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Qarayev Natiq Sahib oğlu – polkovnik

 

Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant

 

Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant

 

Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant

 

Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant

 

Abbasov Elşən Kamran oğlu – mayor

 

Ağayev Rahim Əlifağa oğlu – mayor

 

Cəfərov Elməddin Qulu oğlu – mayor.

 

Prezidentin növbəti sərəncamı ilə Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilib.