• EUR  
  • USD  
  • RUB

DÜNYA

Trampın gəlini ağ tozlu zərfi açdı, xəstəxanalıq oldu - YENİLƏNİB

  • 2542 dəfə
  • Tarix 12 Fevral 2018 / 23:28
  • Lent.az

Kiçik Donald Trampın yaşadığı ünvana göndərilən ağ tozlu zərf təhlükəli deyil.

 

APA-nın məlumatına görə, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.

 

Məlumata görə, zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilən kiçik Donal Trampın xanımı və daha iki nəfərin vəziyyəti normaldır.  Hazırda naməlum maddə tədqiqat üçün laboratoriyaya aparılır.

 

Qeyd edək ki, bundan əvvəl kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.

 

***

 

Kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.

 

APA-nın məlumatına görə, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.

 

Məlumata əsasən, zərf kiçik Donald Trampın yaşadığı ünvana gətirilib. Məlumata əsasən, qadına müvafiq tibbi yardım göstərilib. Onun vəziyyəti barədə məlumat verilmir.

 

Hazırda hadisə yerində təhlükəsizlik xidmətlərin əməkdaşları işləyir.