• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

DÜNYA

Ceykob Zumaya 48 saat vaxt verdilər

  • 1367 dəfə
  • Tarix 13 Fevral 2018 / 02:48
  • Lent.az

Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partiyanın lideri Siril Ramafosa dövlət başçısının iqamətgahına gələrək partiyanın qərarını C.Zumaya açıqlayıb.  

 

Müxalifət 2014-cü ildən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırılır. Prezident ona qarşı irəli sürülən ittihamları rədd edir.

 

Qeyd edək ki, Ceykob Zumanın prezident postunda səlahiyyətlərinin müddəti 2019-cu ildə başa çatır.