• EUR  
  • USD  
  • RUB

DÜNYA

“Qita” qasırğası Tonqada fəsadlar törətdi

  • 964 dəfə
  • Tarix 13 Fevral 2018 / 05:44
  • Lent.az

Tonqa Krallığının sahillərini cənginə alan “Qita” qasırğası ciddi fəsadlar törədib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Nukualofa şəhərində yaşayış evləri və tikililərin 70 faizi tam və yaxud qismən dağılıb.

 

Tələfat barədə məlumat daxil olmasa da, onlarla yerli sakinin tibbi yardım üçün xəstəxanalara müraciət etdiyi bildirilir. Tonqa arxipelaqında bir çox ərazilər su altında qalıb.  Ölkə kəskin içməli su çatışmazlığı ilə üzləşib.