• EUR 2.0771  
  • USD 1.7  
  • RUB 0.0276

SİYASƏT

Prezident Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB

  • 1348 dəfə
  • Tarix 13 Fevral 2018 / 12:08
  • Lent.az

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
 
 
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulanıb.
 
Qeyd edilib ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.
 

Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

09:38

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.