• EUR 2.0771  
  • USD 1.7  
  • RUB 0.0276

İDMAN

"Real"la tarixi oyun olacaq" - Kavani

  • 1941 dəfə
  • Tarix 13 Fevral 2018 / 16:53
  • ApaSport

"Vacib transferlər etmişik. Bu transferlərin bizə çox xeyiri olub. Meydanda özüməinamımız artıb. Bu da bizi bütün kubokları qazanmaq üçün motivasiya olur. "Real"la oynayacağımız üçün həyacanlanırıq. Tarixi bir matç olacaq. Çempionlar Liqasının kubokunu qaldırmaq istəyirəm. Bunun üçün qollar vurmağa çalışacam".

 

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 finalında "Real"la görüşlər öncəsi  "Marca"ya açıqlamasında deyib.

 

O, ötən mövsüm "Barselona"ya uduzduqları oyunu unutduqlarını bildirib: "Düzdür, ötən mövsüm "Barselona"ya çox pis formada uduzduq. Amma bundan dərs çıxarmışıq. Daha çox təcrübə qazanaraq yenidən Çempionlar Liqasındayıq. Düzdür, həmin matçda hakim Dəniz Aytəkinin çoxlu səhvi oldu. Amma mən kimisə günahlandırmağı sevən biri deyiləm. Oyunların 98 faizində səhvlərə və ya rəqib güclü olduğuna görə uduzursan. Digər şeylər önəmli deyil"