• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

MAQAZİN

Nadir ad gününü Rusiyada belə qarşıladı - VİDEO

  • 1966 dəfə
  • Tarix 14 Fevral 2018 / 10:22
  • Yalçın UĞUR

Müğənni Nadir Qafarzadə bu dəfə ad gününü Azərbaycandan kənarda qeyd edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, 47 yaşını ailəsi və yaxın dostları ilə birgə Rusiyada qarşılayıb: “Yaxın dostlarım bilir ki, təntənəli ad günü etməyi sevmirəm. Yalnız ailəmin və dostlarımın ətrafında olmaq elə ən gözəl doğum günüdür. Özəl günümdə özümə ən əsası can sağlığı arzu edirəm. Allahın izni ilə bütün arzularıma çatmışam, qalıb övladlarımın toyunu görmək. İnşallah o arzuma da çataram”.

 

 

Qeyd edək ki, N.Qafarzadənin ad günündə müğənni Rəqsanə İsmayılov, ekstrasens Zirəddin Rzayev də iştirak ediblər.