• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

HADİSƏ

Tanınmış aşıq məhkəmədə dindirildi - YENİLƏNİB

  • 2579 dəfə
  • Tarix 14 Fevral 2018 / 12:47
  • Səlcuq Elçin

Aşıq Namiqə pul atmaqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Habil Hənifəyev ifadə verərək bildirib ki, R.Babayevi tanıyır və E.Hüseynovu isə onun yanında görüb: "2014-cü ildə Rəşad mənə şirkətin satılmalı olan kompüterlərinin olduğunu dedi. Mən də Namiqə zəng edib, bu barədə bildirdim. Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi. Rəşada 53 min 500 manat pul verdim. Həmin puldan mənə 13500 manat pul qaytarıblar".

 
 
Zərərçəkənin sözlərinə görə, Rəşad Babayev general-mayor Qorxmaz Qarayevin adından istifadə edib: "O mənə deyirdi ki, generalla yaxındır.  Kompüterlər hərbi hissələrə, bölgələrə paylanacaq".
 
 
 
Digər zərərçəkmiş Aqil Məmmədov dindirilən zaman qohumu Habil Hənifəyevin kompüter biznesi ilə məşğul olduğunu deyib: "2015-ci ildə onları bir yerdə gördüm. Hamı iş barədə danışdı. Rəşada ümumilikdə 70 min 550 manat pul verdim".
 
Məhkəmədə Aşıq Namiq ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini söyləyib: "Pulları kompüter biznesi ilə bağlı vermişəm. Onlardan bir qismini qaytarıb və 39 min 500 manat pulumu tələb edirəm".
 
O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Dünən Rəşadın qardaşı Zaur Babayev zəng vurmuşdu. Onunla görüşdüm. Dedi ki, ziyanı qaytaracağıq, istəmirik Rəşad tutulsun, siz də ərizəni geri götürün. Hətta ilkin olaraq, o, 5 min manat qaytaracaqlarını bildirdi. Görüş zamanı Habil və Adil də mənimlə bir yerdə idi. Zaur Habillə Adilin də şikayətlərini geri götürmələrini istədi".
 
Məhkəmənin fevralın 21-də təyin edilib.
 

10:51

 

Aşıq Namiqə pul atmaqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə  "BestComp Group" MMC-nin nümayəndəsi çıxış edərək Rəşad Babayevə qarşı 33440 manat  mülki iddia qaldırıb.

 

Təqsirləndirilən şəxs mülki iddia ilə razılaşmadığını deyib. Daha sonra prokuror ittiham aktını elan edib.

 

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini heç bir epizod üzrə təqsirli bilməyiblər.

 

 

 

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

 

Bundan başqa, hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

 

R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

 

Hər iki şəxsə polis nəzarətində qətimkan tədbiri seçilib.

 

Zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur.