• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

SİYASƏT

İlham Əliyevin namizədliyinin təsdiq olunması bu gün müzakirə ediləcək

  • 445 dəfə
  • Tarix 14 Fevral 2018 / 11:18
  • APA
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək.
 
 
 
Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyin Paşayev məlumat verib.
 
 
 
Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
 
 
 
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.