• EUR 2.1335  
  • USD 1.7001  
  • RUB 0.0302

HADİSƏ

DİN məktəblinin öldürülməsi ilə bağlı məlumat yaydı

  • 1290 dəfə
  • Tarix 14 Fevral 2018 / 11:37
  • Lent.az

Daxili İşlər Nazirliyi Gəncədə törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 13-də Gəncə şəhərində şəhər sakini Elnur Bağırov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Tağıyev saxlanılıb.

 

Qətlə yetirilən 17 yaşlı E.Bağırovun orta məktəbin 11-ci sinif şagirdi olduğu bildirilir.