• EUR 2.1335  
  • USD 1.7001  
  • RUB 0.0302

SİYASƏT

Daha dörd nəfərin prezidentliyə namizədliyi təsdiqləndi - MSK

  • 3792 dəfə
  • Tarix 14 Fevral 2018 / 16:19
  • APA
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.
 
 
 
APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
 
 
 
MSK A. Umudov, F. Əliyev, T. Abbaslı və Z. Orucun namizədliyinin irəli sürülməsini təsdiq edib.