• EUR 2.0069  
  • USD 1.7  
  • RUB 0.0273

SİYASƏT

MSK sədrindən vəzifəli şəxslərə XƏBƏRDARLIQ

  • 2935 dəfə
  • Tarix 14 Fevral 2018 / 17:17
  • APA
"Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs seçki prosesində Seçki Məcəlləsinə və qanunvericiliyə zidd hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək".
 
  
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
 
 
 
M. Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır: "Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik".