• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

SOSİAL

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

  • 1143 dəfə
  • Tarix 14 Fevral 2018 / 17:20
  • Lent.az

Fevralın 15-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

Məlumata görə, Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı  “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 15-20 fevral Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.