• EUR 2.1335  
  • USD 1.7001  
  • RUB 0.0302

DÜNYA

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

  • 1031 dəfə
  • Tarix 14 Fevral 2018 / 21:17
  • Lent.az

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyi tərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.

 

“Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların  hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”, deyə nazir vurğulayıb.