• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək öldülər

  • 2076 dəfə
  • Tarix 15 Fevral 2018 / 04:23
  • Lent.az

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

 

İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.

 

Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.

 

Faktla bağlı rayon polisində araşdırma aparılır.