• EUR  
  • USD  
  • RUB

SOSİAL

Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırıldı

  • 1126 dəfə
  • Tarix 15 Fevral 2018 / 05:25
  • Lent.az

Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə dörd ixtisas qrupu üzrə ixtisasların sayı artırılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti ““Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda etdiyi dəyişikliklərdə əksini tapıb.

 

Beləliklə, I ixtisas qrupu üzrə İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib. I ixtisas qrupu üzrə 6 yeni ixtisas - İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və  Şərabçılıq ixtisasları siyahıya daxil edilib.  II ixtisas qrupu üzrə Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupu üzrə Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupu üzrə Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları siyahıya əlavə edilib.

 

Ali məktəblərə növbəti qəbul imtahanları zamanı abituriyentlər yeni yaradılmış bu ixtisasları seçə biləcəklər.