• EUR  
  • USD  
  • RUB

DÜNYA

ABŞ-da kollecdə atışma xəbəri yalan çıxdı - YENİLƏNİB

  • 1829 dəfə
  • Tarix 17 Fevral 2018 / 01:35
  • Lent.az

ABŞ-ın Vaşinqton ştatında kollecdə silahlı insidentlə bağlı məlumatlar təsdiqini tapmayıb

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kent şəhərinin polisi açıqlama yayıb.

 

“Highline” kollecində silahlı insidentlə bağlı məlumatlar təsdiqini tapmayıb”, məlumatda deyilir.

 

 

***

 

ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında “Highline” kollecində atışma olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin kollecin yataqxanasının ərazisində qeydə alındığı bildirilir.

 

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

 

Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.