• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

DÜNYA

Məşhur musiqiçinin 1,3 milyon avroluq violonçeli oğurlandı

  • 1113 dəfə
  • Tarix 17 Fevral 2018 / 02:39
  • Lent.az

Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb.

 

Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə, evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.

 

Ofeliya Qayardan oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və 1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü bildirilir.