• EUR  
  • USD  
  • RUB

DÜNYA

Kanadada təyyarə burulğana düşdü: 3 yaralı

  • 1627 dəfə
  • Tarix 17 Fevral 2018 / 06:50
  • Lent.az

Kanada ərazisində Torontodan Kosta-Rikanın San-Xose şəhərinə uçan təyyarənin burulğana düşməsindən sonra 3 sərnişin xəsarət alıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, "Air Canada" aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri hadisədən sonra hava limanına geri qayıtmaq barədə qərar qəbul ediblər.

 

Təyyarə eniş etdikdən sonra xəsarət alanlardan 2-si xəstəxanaya yerləşdirilib, daha birinə hava limanında tibbi yardım göstərilib.

 

Telekanalın məlumatına görə, zərərçəkənlərdə cüzi xəsarətlər var.

 

Hava gəmisi hadisə nəticəsində zərər çəkməyib.