• EUR  
  • USD  
  • RUB

DÜNYA

Meksikada 1 milyonadək ev işıqsız qaldı

  • 1221 dəfə
  • Tarix 17 Fevral 2018 / 07:11
  • Lent.az

Meksikada zəlzələ nəticəsində 1 milyonadək ev elektrik enerjisiz qalıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin elektrik enerji üzrə Federal komissiyasının baş direktoru Hayme Ernandes özünün “Twitter” səhifəsində yazıb.

 

“Yerli vaxtla saat 19:00-a görə paytaxt Mexiko, həmçinin Oaxaka, Qerrero və Morelos ştatlarında 998 min yaşayış evi və ticarət obyekti işıqsız qalıb. Hazırda elektrik xətlərinin bərpası istiqamətində müvafiq tədbirlər görülür”, H.Ernandes yazıb.

 

Qeyd edək ki, bu gün Meksikada 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra ölkə ərazisində 122 təkrar yeraltı təkan qeydə alınıb.