• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda kişi arvadını bıçaqladı

  • 1974 dəfə
  • Tarix 17 Fevral 2018 / 07:28
  • Lent.az

Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.

 

Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.

 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.