• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Abşeronda ağır qəza: ölən və yaralanan var

  • 6890 dəfə
  • Tarix 17 Fevral 2018 / 12:05
  • Lent.az

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.