• EUR  
  • USD  
  • RUB

SİYASƏT

"İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb" - MSK sədri

  • 3376 dəfə
  • Tarix 17 Fevral 2018 / 17:21
  • APA

"Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir".

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

 

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada irəli sürüb.

 

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.