• EUR  
  • USD  
  • RUB

DÜNYA

İstanbulun mərkəzində atışma: yaralılar var - FOTO

  • 3007 dəfə
  • Tarix 18 Fevral 2018 / 14:32
  • Lent.az

İstanbulun biznes mərkəzi olan Ataşəhər bölgəsində silahlı insident baş verib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında Atatürk məhəlləsində yerləşən restoranda silah səsləri eşidilməyə başlayıb. Atışma zamanı Zəfər, Özkan və Güven adlı 3 nəfər güllə yarası alıb. Onlar xəstəxanaya çatdırılıb.

 

Bildirilir ki, atışmada yaralanan Güven adlı şəxs polis əməkdaşıdır.

 

Hazırda hadisə yerindən qaçan şəxslərin olub-olmadığını müəyyən etmək üçün kamera görüntüləri araşdırılır.