• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

HADİSƏ

Rəsmi Tehran: Qəzaya uğrayan təyyarədə 65 sərnişin olub

  • 2200 dəfə
  • Tarix 18 Fevral 2018 / 12:34
  • Lent.az

İranın Fövqəladə Hallar Mərkəzinin yaydığı məlumata görə, göyərtəsində 65 sərnişin olan təyyarə İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təcili tibbi yardım mərkəzinin həkimləri, polis və Fövqəladə Hallar Mərkəzinin əməkdaşları hadisə yerinə yola düşüblər.

 

İranın Fövqəladə Hallar Mərkəzi hadisə haqqında əlavə məlumat veriləcəyini bildirib.

 

Sərnişinlər arasında ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.