• EUR 1.981  
  • USD 1.7  
  • RUB 0.0269

İDMAN

"Liverpul"dan Mane və Salaha yeni müqavilə təklifi

  • 1877 dəfə
  • Tarix 18 Fevral 2018 / 15:46
  • ApaSport

“Liverpul” rəhbərliyi komandanın aparıcı oyunçuları Sadio Mane və Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, "mersisaydlılar" seneqallı və misirli futbolçunun çıxışından razıdılar.

 

Premyer Liqa təmsilçisi başqa klubların Mane və Salaha maraq göstərəcəklərindən ehtiyat edərək, onların sözləşmələrinin müddətini uzatmaq fikrindədi. Futbolçular buna razılıq versələr, "Liverpul"da maaşları artırılacaq.

 

Qeyd edək ki, Manenin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin, Salahın isə 2022-ci ilin yayına kimidi.